Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / “CinemaPlus Amburan” kinoteatrında yay mövsümünün açılışı keçirilib

“CinemaPlus Amburan” kinoteatrında yay mövsümünün açılışı keçirilib

Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib. Azinforum.az  xəbər verir ki, kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir. Tədbir  xüsusi dekorasiya köməyi ilə meksikan üslubundabəzədilmişdir. Furşet masası isə yalnız meksikan yeməklərindən və alkoqollu, alkoqolsuz içkilərdən ibarət idi.

Bu gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri şirkət rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, produserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olmuşdurlar.

Bayram əhval-rühiyyəli kinoteatrda musiqi müşayiəti altında maraqlı müsabiqələr keçirilib, dəyərli hədiyyələr oynanılmışdır.

 

Tədbir “Malibu xilaskarları” komediya filminin nümayişi ilə bitmişdir. Daha sonra qonaqlar meksikan tekila bar “La Vida” əyləncəsinə dəvət olunmuşdular.

 

Həmçinin kino həvəskarları üçün “CinemaPlus Amburan” sürpriz hazırlayıb. Artıq kinoteatr 24 saat işləyəcək.

 

“CinemaPlus” Amburan Mall-da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolar ilə təchiz olunub. Bundan başqa “CinemaPlus” Amburan Mall kinoteatrında Master İmage 3D texnologiyası  tətbiq olunur.

 

Tədbirin təşkilində dəstək olmuşdurlar:  dublyaj redaksiyası Cinemazadeh, Cinema Distribution, Maya meksikan restoranı, Hillside-dan premium çaxırlar, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, TNT kuryer xidməti və Baltika-Baku  pivə zavodu.

 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həmçinin oxuyun

Məleykə Əsədovanın İsveç sərgüzəştləri – Video

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə İsveçdə dincəlir. İstirahət videolarını sosial şəbəkədə paylaşan aktrisa …

Bir cavab yazın