Ana səhifə / Şou Biznes / Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib

Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib

Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib

Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Ondan öncə isə Y. İsakov “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Qeyd edək ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib. (APA)

Həmçinin oxuyun

“Rəşad Dağlı azad olanda bunu edəcəm” – Orxan Lökbatanlı

“Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm”. Bu sözləri meyxanaçı Orxan Lökbatanlı “Həmin Zaur” …

Bir cavab yazın