Ana səhifə / Şou Biznes / Ziya Məmmədovun tanınmış kadrı özünə iş tapdı

Ziya Məmmədovun tanınmış kadrı özünə iş tapdı

Keçmiş Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov özünə yeni iş tapıb.

Namiq Həsənov yeni xəbər saytı açıb. N-xeber.com adlanan sayt bu gündən fəaliyyətə başlayıb. Eks-mətbuat katibi ətrafına işçi toplamağa da başlayıb:

“Peşəkar jurnalistləri, qələmini yeni sınamaq istəyənləri əməkdaşlığa dəvət edirik. Yaradıcılıq üçün yeni ünvan: n-xeber.com”.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv olunub, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Nəticədə nazir Ziya Məmmədov da postunu itirib, onu Ramin Quluzadə əvəzləyib. (qafqazinfo)

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın