Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? – Açıqlama

Bakıda avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? – Açıqlama

Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xəbərdarlıq məktub göndərib.

Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev “Ölkə.Az”a bildirib ki, xəbərdarlıq məktubda, iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması tapşırılıb.

“Bakıda sərnişin avtobuslarında soyutma-havalandırma sisteminin olması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyininhazırladığı tələblərdə bu məsələ öz əksini tapıb. Tələblərə görə avtobuslar mütləq şəkildə havalandırma sistemilə təmin edilməlidir. Bu gün Bakıda 2100 avtobus var. Bunların da təxminən 25-30 faizində normal tələblərə uyğun havalandırma sistemi var. Qalanlarında bu sistem ümumiyyətlə yoxdur. Bu sistemi olmayan avtobusları biz xətdən çıxara bilmirik. Çünki bu gün avtobusların 70 faizini sistemdən çıxartsaq, paytaxtın nəqliyyat sistemi iflic olar. Bu da daşıyıcılara, sahibkarlara əsas verməməlidir ki, avtobuslara havalandırma sistemi quraşdırmayaq və əlavə xərclərdən azad olaq. Bu tələb sahibkarlar tərəfindən mütləq yerinə yetirilməlidir. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi heç vaxt söhbət mövzusu ola bilməz”, – deyə Mais Ağayev bildirib.

Qurum rəsmisi deyir ki, vəziyyətdən çıxış yolu kimi BNA utilizasiya proqramını təklif edir:
“Bu proqram çərçivəsində paytaxtın inzibati ərazisində avtobus parkların yenilənməsi prosesi gedir. Yəni avtobuslar tamamilə yenilənməlidir. Proqram 2017-ci ilin sonu, 2018-ci lin əvvəlində tətbiq olunmağa başlanacaq. Bu zaman bütün avtobuslar yeni sistemdə işləyəcək”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın