Ana səhifə / İqtisadiyyat / “”Sputnik” agentliyi Rusiyanın casus şəbəkəsidir” – İDDİA

“”Sputnik” agentliyi Rusiyanın casus şəbəkəsidir” – İDDİA

Rusiya prezidenti Vladimir Putun və Fransanın yeni prezidenti Emanuel Makron arasında Parisdə baş tutan görüş geniş müzakirələrə səbəb olub. Görüşdən sonra jurnalistlər üçün açıqlama verən Fransa prezidenti Emanuel Makron nəyə görə Rusiyanın “Sputnik” agentliyinə Fransadakı seçkiləri izləməyə icazə vermədiklərini danışıb:

“”Sputnik” agentliyi Rusiyanın casus şəbəkəsidir. Onlar jurnalistikadan başqa bir çox işlərlə də, qara piar kampaniyası ilə də məşğul olurlar. Bu media qurumu mənim haqqımda nələr demədi ki? Məni homoseksual, daha sonra ABŞ-ın xüsusi agenti adlandırdılar. Mənim həyat yoldaşımın məndən 24 yaş böyük olmasını ayıbım kimi təqdim etdilər”.

Makron mətbuat konfransında həmçinin Çeçenistanda hüquqları pozulan homoseksuallarla bağlı məsələnin də müzakirə olunduğunu bildirib.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın