Ana səhifə / Araşdırma / Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı

Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı

Moskvada toy kortejində atəş açan şəxs saxlanılıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hadisənin ötən gün şəhərin cənubunda yerləşən “Tsaritsino” parkında baş verdiyi bildirilir.

Bu barədə polisə şəhər sakinlərindən biri məlumat verib. O, bildirib ki, toy kortejində olan şəxs “Volvo” avtomobilindən çıxaraq pistoletdən havaya bir neçə atəş açıb. Həmin şəxs saxlanılıb. Onun 36 yaşlı Azərbayan vətəndaşı olduğu məlum olub. Şəxsin kimliyi açıqlanmır. Onun travmatik “Vendetta” pistoletindən istifadə etdiyi aydınlaşıb.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın