Türkiyənin Yüksək Seçki Şurası 16 aprel referendumunun nəticələrini təsdiqləyib.
Virtualaz.org “Habertürk”ə istinadən xəbər verir ki, səsvermənin yekun nəticələrinə əsasən, seçicilərin 51,41%-i Türkiyədə Konstitusiya dəyişikliklərinə səs verib. Dəyişikliklərin əleyhinə səs verənlər isə seçicilərin ümumi sayının 48,59%-ni təşkil edib.
Xatırladaq ki, Türkiyə Ali Məhkəməsi müxalifətçi CHP-nin referendumun nəticələrinin ləğv edilməsi barədə iddiasını rədd edib.