Sumqayıt nəqliyyatın hərəkətində intensivliyi təmin etmək üçün atılan addımlardan biri də yeni parkomatların quraşdırılmasıdır. bundan sonra şəhərində Layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək.

Layihəyə ıyğun olaraq parkomatlar ilk olaraq daha çox ehtiyac olan yerlərdə quraşdırılır.

Parkomatlarda qiymətləri isə bir saat üçün 30 qəpik iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik. 4 saatdan 8 saatdək isə 1 manatdır. Paytaxta isə qiymətlər yerinə görə müxtəlifdir. Belə ki, paytaxtın nisbətən kənar yerlərində qiymətlər saat başına 30 qəpikdən hesablansa mərkəzə doğru sürücülər saat başına 50 qəpik həttə bir sıra yerlərdə hər saata görə 1 manat ödəməli olurlar.

Yeni quraşdırılan parkomatlarda ödənişi nağd və plastik kartlarla etmək mümkündür.

Parkomatların quraşdırıldığı ərazilərdə əlilliyi olan insanlarda nəzərə alınıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə artıq parkomatların quraşdırılacagı yerlər bəllidir.Ərazi hazır olan kimi aparatlar quraşdırılır.