Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Bağlanan 10 bankın əmanətçiləri hələlik kompensasiya almayıb – FOND

Bağlanan 10 bankın əmanətçiləri hələlik kompensasiya almayıb – FOND

“Azərbaycanda ləğvetmə prosesində olan banklarda qorunan əmanətlər üzrə 26,8 mln. manat ödənilməmiş kompensasiya məbləği qalıb”.

Bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, indiyədək ödənilən kompensasiya məbləği isə 727 mln. manat təşkil edir. “Bu banklarda qorunan əmanətlərin məbləği 1 milyard 130 milyon manatdır. Kompensasiya məbləği 22 min 666 nəfərə ödənilib. 175 min 943 nəfərə isə hələlik kompensasiya verilməyib. 106 min nəfərin əmanəti isə 1 manata qədər olanlardır. Ümumilikdə bu banklar üzrə 2,9 mlrd. manat ümumi öhdəlik var”.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …

Bir cavab yazın