Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan yenidən AKP-yə qayıdır – 980 gündən sonra

Ərdoğan yenidən AKP-yə qayıdır – 980 gündən sonra

Aprelin 16-da Türkiyədə keçirilən referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qayıtması gündəmə gəlib.

AzVision.az-ın məlumatına görə, AKP parlament qrupunun həmsədri Mustafa Elitaş bildirib ki, Ərdoğan konstitusiyaya edilən dəyişikliklərə əsasən qurucusu olduğu partiyaya qayıdacaq.

“26-27 aprelə kimi yükun nəticələr açıqlanarsa, dərhal partiyamızı şərəfləndirməsi üçün ölkə başçısına dəvət göndərəcəyik. Ərdoğanın AKP-yə dönməsindən şərəf və qürur duyuruq”

M.Elitaş Ərdoğanın yenidən sədr seçilməsi üçün qurultayın keçiriləcəyini istisna etməyib. Onun sözlərinə görə, qurultayın vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, konstitusiya dəyişikliyindən əvvəl Türkiyədə prezidentliyə namizədlərin partiya üzvü olması qadağan idi. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu AKP-dən ayrılmalı olmuşdu. O, 980 gündür ki, AKP-dən uzaqlaşıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın