Ana səhifə / Şou Biznes / Azərbaycanın ilk milli döyüş təyyarəsi – VİDEO

Azərbaycanın ilk milli döyüş təyyarəsi – VİDEO

Azərbaycanın ilk milli hərbi döyüş təyyarəsinin dizaynı hazırlanıb. Azərbaycanlı dizayner Ramil Nəcəfov tərəfindən hazırlanan “Xəz-747” qırıcı təyyarəsi sosial şəbəkələrdə də insanlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Hətta qardaş Türkiyədən olan sosial şəbəkə istifadəçiləri sözügedən təyyarənin hazırlanmasını Azərbaycanın Müdafiə Sənayesinin dünyada artan nüfuzu kimi qiymətləndiriblər.

İşğalçı Ermənistandan olan sosial şəbəkə istifadəçiləri isə bundan öz narahatlıqlarını nümayiş etdiriblər.

Təyyarənin əsas özəlliyi radarlardan gizlənməsi və çevik manevr imkanlarının olmasıdır.

Qeyd edək ki, Azərbaycanın ilk milli döyüş təyyarəsi sayılacaq “Xəz-747” hərbi təyinatli bombardmançı hərbi texnikadır. Təyyarə tək pilotdan və 2 mühərrikdən ibarətdir.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın