Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbovun tapşırığı ilə qəbristanlıqlarda iməclik keçirilib

Vasif Talıbovun tapşırığı ilə qəbristanlıqlarda iməclik keçirilib

Martın 25-də Naxçıvanda qəbirstanlıqlarda iməclik keçirilib, yaşıllıqlar salınıb.

İməclikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Onlar Naxçıvan Şəhər Qəbiristanlığında təmizlik işləri görüb, 2200 ədəd ting əkiblər.

Xəbəri naxcivantv.az yayıb.

Xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib. Vasif Talıbov təmizlik işlərinin davam etdirilməsi və yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Xəbərdə deyilir ki, martın 25-də muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklər yolu ilə 22 minə yaxın ting əkilib.

Azinforum.az

Həmçinin oxuyun

Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

“Synergy Group”a aid daha 4 şirkət ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti mayın …

Bir cavab yazın