Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sarkisyan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

Sarkisyan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

“Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”. Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bunu bu gün işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sarkisyan deyib.

“Bu gün bizim oğlanlar düşmənin ərazisinin dərinliklərində onun hərəkətini izləyə bilirlər. Bu gün qonşumuzun ərazisinin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib.

Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”, – Sarkisyan deyib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın