Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Media / Bakıda bank vətəndaşı borca saldı – VİDEO

Bakıda bank vətəndaşı borca saldı – VİDEO

300 manat kredit borcu vaxtında hesabından çıxarılmadı, il yarım sonra üzərinə fazi gələrək 705 manat oldu.

Hadisə Bakı sakini Müşviq Məmmədovun başına gəlib.

O iddia edir ki, il yarım əvvəl maaş kartı ilə bankdan 300 manat təcili kredit götürüb.
Bankdan bildiriblər ki, bu məbləğ onun növbəti aydakı maaşından çıxılacaq.

1 il yarımdan sonra, bu ilin yanvar ayında məlum olub ki, 300 manat tutulmayıb və üzərinə faizlər gələrək 705 manat borc yaranıb. Hazırda təqaüddə olan Müşviq Məmmədovun kartından 705 manat tutulub.

Üstəlik, Müşviq Məmmədov həmin bankdan bir neçə ay əvvəl 10 min manat kredit götürüb. Bu zaman da ona borcunun olduğu haqda deməyiblər.
Hüquqşünas Asif Abdullayev deyir ki, indiki vəziyyətdə məsuliyyət bankın üzərinə düşür.

Hüquqşünas bildirir ki, bankların borcu gec silməsi və az məbləğin üzərinə faizin gəlməsi Mülki Məcəllənin vicdanlılıq prinsipinə ziddir. O, qeyd edib ki, vətəndaşın məhkəməyə müraciət edərək tutulan artıq məbləği tələb etməyə tam haqqı var.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın