Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nümayəndə heyəti Ərdoğanın diqqətini çəkdi

Azərbaycan nümayəndə heyəti Ərdoğanın diqqətini çəkdi

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, sədrin birinci müavini Samir Adıgözəlli, eyni zamanda BDM-in Türkiyə nümayəndəliyi, İstanbul Sənayeçi və Yatırımçı İşadamları Dərnəyinin (İSİYAD) başqanı Cemal Çoban və başqan vəkili Turqut Tarlıq Çanaqqala Dəniz Zəfərinin 102-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərdə iştirak edib. Bu barədə məlumat Azinforum.az-a BDM-dən daxil olub. Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Bakıdan gələn və Çanaqqalada vuruşaraq şəhid olmuş azərbaycanlıları xüsusi qeyd edərək, onları şükranla andığını bildirib. Nümayəndə heyəti ilk olaraq çələngqoyma mərasiminə qatılıb. Daha sonra Çanaqqala şəhidliyini və eyni zamanda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə qoyulmuş lövhəni ziyarət edib. Məlum olduğu kimi BDM-in təşəbbüsü ilə 2010-cu il martın 18-də Çanaqqala şəhidliyində Türkiyənin istiqlal savaşında şəhid olmuş azərbaycanlıların xatirəsinə lövhə qoyulub. Lövhənin abidə ilə əvəz olunması istiqamətində BDM öz fəaliyyətini davam etdirməkdədir. Beləki, bu istiqamətdə BDM və İSİYAD ortaq fəaliyyətə başlamış və səfər çərçivəsində bir sıra dövlət qurumlarında, Çanaqqala valiliyində, Orman Bakanlığında rəsmilərlə görüş keçirib, müzakirələr aparmışdır.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın