Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın qalmaqallı “faşist” açıqlamasına – Merkeldən reaksiya

Ərdoğanın qalmaqallı “faşist” açıqlamasına – Merkeldən reaksiya

Almaniya kansleri Angela Merkel son günlər Berlinlə Ankara arasında yaşanan gərginliklə bağlı açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, Almaniya parlamentində çıxış edən kansler “Türkiyə önəmli ortağımızdır, lakin Nazi qarşılaşdırmasını eşitmək bizi üzdü” deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada referendum kampaniyasına bu ölkə rəsmiləri tərəfindən yaradılan əngəllərlə bağlı “sizin bu hərəkətləriniz keçmişdəki Nazi hərəkətlərindən fərqli deyil” sözlərini işlətmişdi.

Merkel açıqlamasında bildirib ki, türk siyasətçiləri əvvəlcədən xəbər verərək və qanunlara riayət edərək izn aldıqdan sonra toplantı keçirə bilərlər. Ərdoğanın “Nazi” açıqlamasına gəlincə Merkel əlavə edib ki, Türkiyə Nazi dönəminə istinad etməyə son verməlidir: “Nazi qarşılaşdırması ilə bağlı ciddi şərh verə bilmərəm”.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …

Bir cavab yazın