Çərşənbə , May 29 2024
Ana səhifə / 2018 / İyun (səhifə 63)

Monthly Archives: İyun 2018

“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı

Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir. Bank çevrələrindən virtualaz.org –a məlum olub ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun …

Ətraflı oxu »

Azərbaycanda pambıqçılar yenə kütləvi zəhərləndi

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb. Bu barədə “Trend”ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: “Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib”. İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib …

Ətraflı oxu »

Makedoniyanın adı rəsmən dəyişdi – Fotolar

Yunanıstan ve Makedoniya arasında davam edən 27 illik problem öz həllini tapıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki dövlət “Ad problemi” ilə bağlı məsələnin həllinə dair tarixi razılaşmaya imza atıb. Belə ki, Yunanıstanın xarici işlər naziri Nikos Kasiyas və Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov iki ölkənin sərhədində …

Ətraflı oxu »

Göygölə dolu yağıb, ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib

Bu gün Göygölə dolu yağıb. APA-nın qərb bürosunun məlumatına görə, bu gün saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb. Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara …

Ətraflı oxu »

Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar – anlaqsız imiş

Arvadını vəhşicəsinə döyən, daha sonra isə bıçaqlayan şəxsin psixi problemləri olduğu məlum olub və o müalicəyə göndərilib. Bu qərardan isə zərərçəkmiş qadın narazı qalıb. Musavat.com xəbər verir ki, 1977-ci il təvəllüdlü Abdurzayev Zahir Mikayıl oğlu Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsində …

Ətraflı oxu »

Erməni qızlar hıçqıraraq üsyan edir: “Bu ölkədə kişi yoxdur, biz azərbaycanlıları istəyirik”

Sosial şəbəkələrdə erməni qızların üsyanını əks etdirən görüntülər yayılıb. Görüntülərdə bir erməni qızının hıçqıraraq ağladığı, erməni kişilərinə üsyan etdiyi əks olunub. Daha sonra o, “bu ölkədə kişi yoxdur” deyib. Daha sonra digər qadın “biz azərbaycanlılarla çay içmək istəyirik” deyib. Həmin görüntüləri təqdim edirik: BakuPost

Ətraflı oxu »

Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

Bakıda polis AXCP fəalları qrupunu saxlayıb. Bu barədə “Azadlıq” qəzeti yazıb. Məlumata əsasən, AXCP-nin gənclər komitəsinin rəhbəri başda olmaqla 10-a yaxın gənc fəal Bakının Nizami rayonundakı parklardan birində toplaşıblar. Az sonra onlar saxlanılaraq 24-cü polis şöbəsinə aparılıblar. AXCP lideri Əli Kərimli gənc fəalların saxlanılmasını qınayıb.

Ətraflı oxu »

Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın olub

Bu gün Şabran rayonunda Mərkəzi Rayon Xəstəxanasının ərazisində “Mercedes” markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ətraflı oxu »

Mehriban Zeynalova: “Bizim cəmiyyət hesab edir ki, qadın kişinin əlinə baxmalıdır” – FOTOLAR

Ailədaxili zorakılıq mövzusu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olub. O baxımdan problemin daim müzakirə edilməsinə və mətbuatın gündəmində qalmasına ehtiyac var. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsinin bir məqsədi də bu  problemi …

Ətraflı oxu »

Sərnişin qatarının vaqonları relsdən çıxdı: 1 nəfər ölüb, 3 nəfər yaralandı – Yenilənib

Bu gün Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının vaqonları relsdən çıxıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb. Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların …

Ətraflı oxu »