Ana səhifə / Aktual / Azərbaycanda pambıqçılar yenə kütləvi zəhərləndi

Azərbaycanda pambıqçılar yenə kütləvi zəhərləndi

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb.

Bu barədə “Trend”ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: “Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib”.

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:

“Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib”.

*   *   *18:37

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Qida Təhlükəsizliyi Agentliyindən “Report”a erilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …