Cümə axşamı , May 9 2024
Ana səhifə / 2018 / İyun (səhifə 58)

Monthly Archives: İyun 2018

Suriya razılaşması: 3 ölkə görüşə çağırılacaq

İran, Türkiyə və Rusiya yaxın müddətdə Cenevrəyə çağrılacaq. Axar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura söyləyib. O, İsveçrədə hər 3 ölkənin iştirakı ilə keçirilən görüşlərin çox faydalı olduğunu deyib.

Ətraflı oxu »

Peşə təhsili əmək bazarının tələblərinə cavab veririrmi – ŞƏRH

Hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, ilk növbədə əmək bazarının tələblərini nəzərə almaq lazımdır. “Dövlət tərəfindən bu sahəyə kifayət qədər böyük vəsait ayrılsa da, keyfiyyət istənilən səviyyədə deyil. Peşə təhsilinin strukturunun 3 pilləli olması vacib addımdır. Həmçinin peşə təhsili müəssisələrinin maddi-texniki …

Ətraflı oxu »

Məşhur “Nanəli” restoranı yandı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “Nanəli” restoranının yanar konstruksiyaları …

Ətraflı oxu »

Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur… – VİDEO

İki gündür ki, xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur. Hadisə Göyçay rayonunun Bığır kəndində baş verib. Sakinlərin sözlərinə görə, onlara məxsus heyvanları hər gün otlaq sahələrinə göndərirlər. İyun ayının 15-də axşam saatlarından qoyunlar ölməyə başlayıb. Onlar bildirir ki, qoyunlar yanmış taxıl sahələrində otarılandan sonra bu vəziyyətə düşüb. Həmin günü sürünü …

Ətraflı oxu »

Aşıq Azər Xanlaroğlunun ölümündən 40 gün keçir

Sabah mərhum Aşıq Azər Xanlaroğlunun ölümündən 40 gün ötür. Səhər saatlarında mərhumun dostları, sənət adamları onun qəbrini ziyarət ediblər. Sonra isə Batamdar qəsəbəsindəki İbrahim mərasim evində Azər Xanlaroğlunun 40 mərasimi təşkil edilib. Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu uzun sürən xəstəlikdən sonra may ayının 12-də dünyasını dəyişib.

Ətraflı oxu »

Bakıda hər gün ölümə atılanlar, adi piyada keçidinə görə… – VİDEO

Bakının Heydər Əliyev prospektində, SOCAR-ın baş ofisinin yaxınlığında yolu keçmək istəyən yüzlərlə piyadaların həyatı hər gün təhlükə qarşısında qalır. Məlum olduğu kimi yolda sürət həddi 90 kilometrdir, üstəlik prospektin Bağırov körpüsündən başlayaraq metronun Koroğlu stansiyasına qədər olan bir neçə kilometrlik hissəsində cəmi iki yerdə (“Şəfa” stadionu yaxınlığında yeraltı və “Koroğlu” metrostansiyasından …

Ətraflı oxu »

Dizel mühərrikli avtomobillər rekord həddə bahalaşdı – FOTOLAR

Ölkəmizdə benzinin bütün növlərinin bahalaşmasından sonra dizelin də bahalaşacağı gözlənilirdi. Hətta ekspertlər bunun tezliklə baş verəcəyini bildirirdilər. Lakin üstündən aylar keçməsinə baxmayaraq, dizel yanacağının qiymətində hər hansı dəyişiklik müşahidə olunmur. Qeyd edək ki, dizel yanacağının qiyməti də dövlət tərəfindən tənzimlənən qiymətlərə daxildir və Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Görünür, hökumət aqrar …

Ətraflı oxu »

Qurban Qurbanov: “Bizə ən çətin və gözlənilməz rəqib düşdü”

“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya “Olimpiya”sı barədə danışarkən deyib. 46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasını analiz etməyə başlayacaqlarını açıqlayıb: “Oyuna qədər maksimum hazır olmağa və …

Ətraflı oxu »

General Manvelin arvadı iki maşın dolu “tuşonka”nı aradan çıxarmaq istəyib – VİDEO

Ermənistan polisi general Manvel Qriqoryanın arvadı Nazik Əmiryanın iki avtomobil dolu mal əti konservini aradan çıxarmaq cəhdi barədə məlumat yayıb. Məlumata əsasən Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsininin əməkdaşları Yerevanın Taronts küçəsində üzərində “Əsgər payı. Satış üçün deyil” markalanması olan 2980 qutu mal əti konservi ilə yüklənmiş “UAZ” və “Qaz” …

Ətraflı oxu »

Türkmənistanda çoxarvadlılıq qanunla qadağan edildi

Türkmənistanda “Ailə məcəlləsi”nə daxil edilən yeni normaya əsasən, ölkədə çoxarvadlılıq qadağan olunub. CA-NEWS xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb. Məcəllənin 7-ci maddəsinə əsasən, çoxarvadlılıq qadağan edilib. “Çoxarvadlılıq dedikdə iki və ya bir neçə qadınla eyni zamanda bir yerdə ümumi təsərrüfat yaratmaq …

Ətraflı oxu »