Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Peşə təhsili əmək bazarının tələblərinə cavab veririrmi – ŞƏRH

Peşə təhsili əmək bazarının tələblərinə cavab veririrmi – ŞƏRH

Hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, ilk növbədə əmək bazarının tələblərini nəzərə almaq lazımdır.

“Dövlət tərəfindən bu sahəyə kifayət qədər böyük vəsait ayrılsa da, keyfiyyət istənilən səviyyədə deyil. Peşə təhsilinin strukturunun 3 pilləli olması vacib addımdır. Həmçinin peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Peşə təhsili müəssisələrində kadr hazırlığı əmək bazarının tələblərinə uyğun həyata keçirilməlidir”.

2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında inkişaf etdirilməsi mühüm məqsəd kimi əksini tapır.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …