Şənbə , May 11 2024
Ana səhifə / 2017 / Noyabr (səhifə 84)

Monthly Archives: Noyabr 2017

Maşınlarda pərdə-plyonka qadağası mövsümü başladı

Azərbaycanda bu yasaq ləğv edilə bilərmi? Xəbər verdiyimiz kimi, respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır. Bakı şəhər Baş Polis İdarəsindən yayılan məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin …

Ətraflı oxu »

Zəlzələ nəticəsində xəsarət alan var – Tərtərdə

Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Tərtərdə xəsarət faktı qeydə alınıb. Azinforum.az  APA-ya istinadən xəbər verir ki, Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Bərdədə isə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi …

Ətraflı oxu »

Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər

Pərviz Həşimli: “Etdiyin haqsızlıqları, qanunsuzluqları elə bilirsən unutmuşam?”; Maqsud Mahmudov: “Üz-üzə gəlsəm ona bir kəlmə deyəcəyəm – adam kişi olar, pulu da kişi kimi qazanar”   Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilməkdədir. Artıq sabiq nazir 3 dəfə istintaqçıların sualalrını …

Ətraflı oxu »

Putin azərbaycanlı olimpiya çempionunu təltif etdi – FOTO

Rusiya prezidenti Vladimir Putin Rusiya Qılıncoynatma Federasiyasının vitse-prezidenti, ikiqat olimpiya çempionu, azərbaycanlı İlqar Məmmədovu təltif edib. Azinforum.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, Putin həmyerlimizi ad günü münasibətilə təbrik edib və onu “Şöhrət” ordeni ilə mükafatlandırıb.

Ətraflı oxu »

“2020-ci ildə artıq Naxçıvana qatarla gedəcəyik” – Cavid Qurbanov

“Şimal-Cənub dəhlizinin birinci hissəsində işlər bu ilin dekabrında yekunlaşacaq. İran tərəfində isə 2020-ci ilə kimi bitməlidir”. Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında jurnalistlərə açıqlamasında səsləndirib. C.Qurbanov onu da qeyd edib ki, birinci hissədə …

Ətraflı oxu »

Yumurtanın içindən bütöv yumurta çıxdı – Video

Yumurtanın içindən daha bir yumurta çıxdı. Maraqlı hadisə Ağsu rayonunda baş verib. Rayon sakini yumurtanın böyüklüyündən və çəkisinin ağırlığından şübhələnib. Ona görə də yumurtanı qırarkən onu videoya çəkmək qərarına gəlib. Yumurtanın içindən öz sarısından əlavə qabıqlı daha bir yumurta çıxıb. Məsələ ilə bağlı Zoologiya İnstitutundan “Xəzər Xəbər”ə bildirildi ki, bu, …

Ətraflı oxu »

Sumqayıtda avtobuslar daşa basıldı

Bir sıra KİV-lər məlumat yayıblar ki, naməlum şəxs Sumqayıtda avtobusu atəşə tutub. Guya hadisə 17-ci mikrorayonun ərazisində baş verib. Virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. E.Sultanovun sözlərinə əsasən, axşam saatlarında naməlum şəxslər iki sərnişin avtobusunu daşa basıblar. Hadisə nəticəsində xəsarət …

Ətraflı oxu »

Təhsil Nazirliyi peşə təhsilinin üç pilləli olmasını təklif edir

Təhsil Nazirliyi ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir. APA-nın məlumatına görə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Milli Məclisin Elm və təhsil komitəsində bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı yüksək texniki peşə …

Ətraflı oxu »

Azərbaycanın bu kəndində hamı velosiped sürür – VİDEO

Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın Dağlı kəndində avtomobil heç də dəb deyil. ARB TV xəbər verir ki, bu kənddə əsas nəqliyyat vasitəsi hərtərəfli faydalı olan velosipeddir. 3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. …

Ətraflı oxu »

Roza Zərgərli: “Məni əxlaqı olmayan insan kimi qələmə verdilər”

“Uşaqlarım mənim həssas nöqtəmdir. Oğullarımı övladlığa götürməyimi heç vaxt demirdim. Elə bir məqama gəlib çıxdım ki, bezdim. İnsanın boğazına bıçaq dirənən an var. O an bizdə gəlib çatdı”. Bunu müğənni Roza Zərgərli ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olarkən deyib. Müğənni övladlığa götürdüyü uşaqlara görə ictimai qınaq hədəfinə çevrildiyini deyib. “Bu …

Ətraflı oxu »