Maraqlı hadisə Ağsu rayonunda baş verib.

Rayon sakini yumurtanın böyüklüyündən və çəkisinin ağırlığından şübhələnib. Ona görə də yumurtanı qırarkən onu videoya çəkmək qərarına gəlib.

Yumurtanın içindən öz sarısından əlavə qabıqlı daha bir yumurta çıxıb.

Məsələ ilə bağlı Zoologiya İnstitutundan “Xəzər Xəbər”ə bildirildi ki, bu, dünyada baş verən nadir hadisələrdəndir. Yumurtanın içində iki sarının olması adi hal olsa da, qabıqlı daha bir yumurtanın çıxmasına az-az hallarda rast gəlinir.

Zoologiya İnstitutunun əməkdaşı Sevinc Rəcəbovanın sözlərinə görə, bu anomaliya hadisəsidir.

Ancaq belə yumurtanın yeyilməsi orqanizm üçün zərərli hesab olunmur.

Toyuq düzgün qidalanmadıqda, yəni hər gün eyni yemi yedikdə və ya güclü işıqlanmaya məruz qaldıqda da bu hal baş verə bilər.