Cümə axşamı , May 2 2024
Ana səhifə / 2017 / Noyabr (səhifə 109)

Monthly Archives: Noyabr 2017

Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalana bilər – RƏSMİ

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.

Ətraflı oxu »

12 Noyabr – Konstitusiya günüdür

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü …

Ətraflı oxu »

Cəbhədə atəş səsləri səngimir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən …

Ətraflı oxu »

Hansı böyrü üstə yatmaq daha faydalıdır

Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar. Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır. AZƏRTAC xəbər verir ki, hansı böyrü üstə yatmaq müasir tibbdə ən çox mübahisə doğuran məsələlərdən biridir. Halbuki hər iki tərəfin “lehinə” və “əleyhinə” tutarlı dəlillər var. Lakin aparılan tədqiqatlardan sonra həkimlər …

Ətraflı oxu »

“Qarabağ”-“Çelsi” oyununa 50 mindən çox bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “C” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” ilə İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna 50 mindən çox bilet satılıb. Bu barədə Ağdam klubunun “Facebook” səhifəsinə məlumat verilib. “Qarabağ”-“Çelsi” noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ətraflı oxu »

Bankomatların 54%-i Bakıda yerləşir

2017-ci il oktyabrın 1-nə Azərbaycanda quraşdırılan bankomatların sayı 2486 ədəd təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, cari ilin avqust ilə müqayisədə 9 ədəd və ya 0,4% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 59 ədəd və ya 2,3% azdır. Cari ilin oktyabrın 1-nə bankomatların 1348-ü (keçən …

Ətraflı oxu »

“Biz 5 dəfə də “hə” desək, ermənilər bir qarış torpağı da azad edən deyil” – Tofiq Zülfüqarov

“İstisna etmirəm ki, Moskva görüşündə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq. Amma müzakirə mövzusu ilə bağlı detallı nə isə demək mümkün deyil”. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya paytaxtında keçiriləcək görüş barədə “Yeni Müsavat”a danışarkən belə dedi. Qeyd …

Ətraflı oxu »

Gömrükdə brilyant əməliyyatı – Təfərrüat

Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına …

Ətraflı oxu »

ABŞ-da dünyanın ən bahalı şərabı satılıb – Şüşəsi 350 min dollar

ABŞ-ın Yeni Orlean liman şəhərində keçirilən xeyriyyə hərracı zamanı bir şərab şüşəsi 350 min dollara satılıb. AzNews.az “The Daily Meal” nəşrinə istinadən xəbər verir ki, bu indiyədək satılanlar içərisində ən bahalı şərabdır. Şərab Missuri ştatından olan anonim hərrac iştirakçısı tərəfindən satın alınıb. İçki məşhur amerikalı şərabçı Cessi Katz tərəfindən 2015-ci ildə …

Ətraflı oxu »

DTX bacısını İranda girov qoyan qaçaqmalçını həbs etdi – FOTO

Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə məlumat daxil olub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo …

Ətraflı oxu »