Ana səhifə / 2016 / İyun (səhifə 6)

Monthly Archives: İyun 2016

Bakıda tanınmış ekstrasensin meyiti tapıldı

Bakıda tanınmış ekstrasensin meyiti tapılıb. Lent.az-ın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyitini dostu aşkarlayıb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib. Bildirilir ki, ekstrasens xeyli …

Ətraflı oxu »

AZAD RƏHİMOVUN BABASI ERMƏNİ KATALİKOSUNU NİYƏ OTAĞINDAN QOVUB?

Roma Papası İrəvanda bildirib ki, “azərbaycanlılara başa salacağam ki, kiçik bir torpaq parçasına görə sülhdən uzaqlaşmaq olmaz”. Yəni bu adam faktiki olaraq Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirmək fikrindədir. Bu hadisə istər-istəməz 1954-58-ci illərdə Azərbaycan SSR-in baş naziri olmuş Sadıq Rəhimovu yada salır. O, kifayət qədər sərt və prinsipial bir adam …

Ətraflı oxu »

Rusiya İstanbul hücumunun məqsədini açıqladı

Atatürk Hava Limanındakı terror hücumu Türkiyənin Rusiya və İsraillə münasibətləri normallaşdırmasına qarşı törədilib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib. O, bu hücumun Türkiyə və Rusiya liderləri arasında dialoqu pozmayacağını bildirib: “Bu hücumla Türkiyəyə rus diplomatların rəhbərliyi altında terrora qarşı formalaşdırılan …

Ətraflı oxu »

Azərbaycanda kişi salam verməyən qohumunun qanını tökdü – VİDEO

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. ANS TV-nin məlumatına görə, Kəlbəjər rayon sakini 45 yaşlı Vidadi Qurbanəli oğlu Çıraqov aralarında yaranmış mübahisə zəminində qohumu 23 yaşlı Hafiz Qasımova bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas …

Ətraflı oxu »

Başçı və komandası saxtakarlıqla məşğuldur – Gədəbəydə narazılıq…

Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı çəkiləndə, hər kəsin nəzərində bir anlığa olsa belə, Azərbaycan aliminin, ziyalısının, elm xadimlərinin, tanınmış simalarının, bir sözlə nüfuzlu ictimai-siyasi xadimlərinin və s. doğulub boya-başa çatdığı bir ərazi olaraq canlanır. Biz bunu sözgəlişi demirik, əsl həqiqət olduğu üçün çoxsaylı oxucularımızın da diqqətinə çatdırırıq. …

Ətraflı oxu »

Kürdəmir Melioservis İdarəsində özbaşınalıq – Büdcə belə qarət olunur

Elə ki, yaz-yay gəlir, havalar istiləşir, sudan daim korluq çəkən, şoran torpaqlarda əkin əkmiş Kürdəmir fermerləri sanki Melioservis İdarəsinin rəisi Nazim Əliyevin girovuna çevrilirlər. Öz növbəsində yayın gəlişi, qızmar istilərin düşməsi deyəsən lap sümüksındıran “gərənayı” kimi daha çox Nazim müəllimin sümüyünə düşür. Su təminatı və torpaq sahələrinə texniki xidmətin qiymətini …

Ətraflı oxu »

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində daha bir qurum yaradılacaq – Akademikdən açıqlama

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elm Tarixi Muzeyi yaradılacaq. AMEA-dan Mia.az-a verilən məlumata görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin  bu gün Şamaxı şəhərində keçirilən növbəti iclasında qəbul edilib. Məsələ ilə bağlı tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın …

Ətraflı oxu »

Binəli Yıldırım dünyanın ən uzunboylu baş naziri ilə – Fotolar

Türkiyə baş naziri Binəli Yıldırım albaniyalı həmkarı Edi Rama ilə qarşılaşıb. Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Binəli Yıldırım baş nazir postuna təyin olunandan sonra ilk dəfə Çankaya köşkündə Ramanı qarşılayıb. 2.02 metrlik boyu ilə dünyanın ən uzunboylu baş naziri kimi tanınan Edi Ramanın Yıldırımla yanaşı dayandıqda maraqlı görüntüləri …

Ətraflı oxu »

İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib

İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib. APA-nın məlumatına görə, Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini “Milliyyət” dərc edib. Onların şəxsiyyətləri  hələ müəyyənləşdirilməyib. Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb. İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.

Ətraflı oxu »