Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində daha bir qurum yaradılacaq – Akademikdən açıqlama

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində daha bir qurum yaradılacaq – Akademikdən açıqlama

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elm Tarixi Muzeyi yaradılacaq.

AMEA-dan Mia.az-a verilən məlumata görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin  bu gün Şamaxı şəhərində keçirilən növbəti iclasında qəbul edilib.

Məsələ ilə bağlı tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Akademik muzeylərin Azərbaycan tarixi, ədəbiyyatı, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib. Bu qurumların  maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu söyləyərək zəngin muzey şəbəkəsinə malik olan respublikamızın bütün şəhər və rayonlarında müxtəlif profilli muzeylərin yaradıldığını qeyd edib.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın