Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / 2016 / Yanvar (səhifə 32)

Monthly Archives: Yanvar 2016

Azərbaycanda vulkan püskürdü: alovun hündürlüyü 60-70 metrdir (VİDEO)

Hacıqabulda bu gün səhər saatlarında palçıq vulkanı püskürməyə başlayıb. Bu barədə ANS PRESS-ə rayonun Udullu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində alovun hündürlüyü 60-70 metrə qədərdir: “Səhər saatlarında püskürməyə başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı …

Ətraflı oxu »

Kombinat direktorunu öldürənlər tutuldu

Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə adlı qadındır. Həmin qadın Ehtiram və Mübariz adlı şəxslərlə əlbir olaraq …

Ətraflı oxu »

AŞ PA ilə Minsk Qrupu üz-üzə qalıb

Rəsmi Bakıdan, ekspertlərdən və siyasi qurumlardan həmsədrlərə etirazlar gəldi; Milli Məclis üzvləri də diplomatları ermənipərəstlikdə suçladı; Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəkmi? ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son davranışları ciddi etirazlar doğurmaqdadır. Diplomatların Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qətnamə layihələrini müzakirəyə çıxarmağa hazırlaşmasına …

Ətraflı oxu »

Kərəm Həsənov  Hacıqabulda vətəndaşları qəbul edəcək

Azinforum.az–ın məlumatına görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov yanvarın 29-da Hacıqabul rayonunda vətəndaş qəbulu keçirəcək. ƏMDK-dan bildiriblər ki, qəbulda Şirvan şəhərindən, Hacıqabul, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu …

Ətraflı oxu »

Azərbaycan vətəndaşı donuz qripindən öldü – Rusiyada

Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub. Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 (donuz qripi) virusundan öldüyü ehtimal edilir. …

Ətraflı oxu »

Zülfüqarlı qardaşları 1750 nəfəri işlə təmin etmək üçün cavab gözləyir…

Deputat Fərəc Quliyev: “İmkanlarını ortaya qoyub işləmələri mütərəqqi haldır və buna şərait yaradılmalıdır” Prezident İlham Əliyevin son müşavirədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacib olmasını söyləməsi, ölkədə sahibkarlığın inkişafına şərait yaradılması haqda çıxışları bir çox sahibkarları hərəkətə keçirdi. Zavodları əllərindən alınmış, 1750 işçisi işsiz qalmış Zülfüqarlı qardaşları prezidentin çağırışlarına dərhal reaksiya …

Ətraflı oxu »

İlham Əliyev nazirlər və sahibkarlarla konfrans keçirir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda Azərbaycan prezidenti İlham Əliyev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak edirlər. Konfransda …

Ətraflı oxu »

“Azərişıq” 90-cı illərə geri dönür

Dünən Bakıya qarın ilk dənələri düşməyə başlayan kimi paytaxtın elektrik enerjisi təhizatında da problemlər dərhal özünü göstərməyə başlayıb. Əməkdaşımız xəbər verir ki, yanvarın 25-də axşam saatlarından etibarən Bakının Suraxanı rayonunun bir çox qəsəbələrində, o cümlədən Bül-Bülə qəsəbəsi, S.Əliyev massivində işıqlar əvvəlcə yanıb-sönməyə başlayıb. Daha sonra tamam sönüb. Bir neçə saatdan …

Ətraflı oxu »

Bakıda yollar buz bağlayıb

Bakıda ötən gündən başlayaraq yağan qar şiddətlənməyə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, güclü qar yolların buz bağlanması ilə nəticələnib. Qarla bərabər güclü küləyin əsməsi insanların küçələrdə hərəkətini çətinləşdirir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yolların sürükşən olması ilə əlaqədar sürücülərə daha ehtiyatlı olmaları və ara məsafəsini gözləmələri tövsiyə edir. Qeyd edək ki, Ekologiya …

Ətraflı oxu »

İcra başçısından sahibkara qarşı plakat sabotajı

“Ramiz Yediyarov sizin adınızdan istifadə edərək sahibkarlara divan tutur” Gədəbəy İcra Hakimiyyətinin sahibkarlara qarşı qanunsuzluqları, onlara divan tutması haqda daha bir məktub almışıq. Dövlət başçısına ünvanlanmış, bir neçə mətbu orqana surəti göndərilən məktuba qanunsuzluqların miqyasını göstərən fotoşəkillər də əlavə edilib. “Yeni Müsavat”a daxil olan məktubda heyrətamiz qanunsuzluqdan söhbət açılır.  Məktubu …

Ətraflı oxu »