Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / 2016 / Yanvar (səhifə 40)

Monthly Archives: Yanvar 2016

Elman Rüstəmov sual qarşısında: 5 min, yoxsa 10 min dollar?

“Azərbaycanda əhalinin 10 min dollara qədər olan istehlak kreditlərini köhnə məzənnə ilə qaytarması məsələsi hələ də gündəmdədir”. Bu barədə AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Deputat qeyd edib ki, bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı ilə məsləhətləşmələr aparılır. “Təklif edirik ki, 10 min dollaradək kreditlər köhnə məzənnə, yəni 1,05 manatla …

Ətraflı oxu »

“İcra başçıları yola salınacaq” – Deputatdan açıqlama

“Fəaliyyətində nöqsan olan icra başçıları işdən çıxarılmalıdır. Hesab edirəm ki, prezident bununla bağlı ciddi addımlar atacaq”.  Bunu azvision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputat Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində nöqsanların ortaya çıxdığını bildirib: “Hesablama Palatasının apardığı yoxlamalarda korrupsiya halları aşkarlanır. Onlar arasında icra hakimiyyətləri də var. …

Ətraflı oxu »

Kreditlərə necə güzəşt olacaq? – Nazir cavablandırır

Əhalinin 5 min manatadək olan kreditlərinə hökumət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu, yaxşıca yoxlanılmalıdır. Bunu ölkənin Maliyyə naziri Samir Şərifov Mir Şahinə eksklüziv müsahibəsində deyib. Telejurnalistin “hökumətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə güzəşt edib-etməyəcəyi” sualına nazir belə cavab verib:  “Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda …

Ətraflı oxu »

“Minsk qrupunun həmsədrləri özlərini axmaq yerinə qoyublar” – Deputat

“ATƏT-in Minsk qrupunun həmsədrləri son bəyanatınla əslində özlərini axmaq yerinə qoyublar”.  Modern.az saytı xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib. Deputatın sözlərinə görə, Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer …

Ətraflı oxu »

Tərtərdə qəbirlər su altında qalıb – VİDEO

Tərtərdə yerləşən qəbiristanlıqda xoşagəlməz hal yaşanır. “Qafqazinfo” xəbər verir ki, rayon sakinləri müraciətlərində bunu mərhum yaxınlarına qarşı hörmətsizlik kimi qəbul edirlər. Belə ki, Tərtərin Heydər Əliyev adına parkının arxasında yerləşən qəbiristanlıqda qəbirlər su altında qalıb. Buna səbəb isə oradan keçən arx suyunun ətrafa yayılmasıdır. Rayonda “Köhnə qəbiristanlıq” adı ilə tanınan …

Ətraflı oxu »

Gədəbəydə kəndlərlə əlaqə kəsildi

Bu gecə dağlıq rayon olan Gədəbəyə yağan qar səbəbindən kəndlərin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Kəpəz TV xəbər verir ki, hazırda dağlıq ərazilərdə qalın qalınlığı 35-40, nisbətən aşağı yerlərdə isə 15-20 sm-ə çatır. Yolları qardan təmizləmək üçün 33 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi səfərbər edilib. Nəqliyyat vasitələrinin …

Ətraflı oxu »

Həzi Aslanovun anım mərasimi keçirilib

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə tədbir keçirilib.  APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə H. Aslanovun Şəhidlər …

Ətraflı oxu »

Mirşahin reanimasiyadadır

ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdı. Axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.  Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə …

Ətraflı oxu »

Təbrizdə ölən körpənin meyiti ailəsinə verildi…

Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyiti artıq ailəsinə təhvil verilib. Bu gün səhər saatlarında “Kudəkan” xəstəxanası körpənin meyitini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir. Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyitini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra …

Ətraflı oxu »