Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Zülfüqarlı qardaşları 1750 nəfəri işlə təmin etmək üçün cavab gözləyir…

Zülfüqarlı qardaşları 1750 nəfəri işlə təmin etmək üçün cavab gözləyir…

Deputat Fərəc Quliyev: “İmkanlarını ortaya qoyub işləmələri mütərəqqi haldır və buna şərait yaradılmalıdır”
Prezident İlham Əliyevin son müşavirədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacib olmasını söyləməsi, ölkədə sahibkarlığın inkişafına şərait yaradılması haqda çıxışları bir çox sahibkarları hərəkətə keçirdi.
Zavodları əllərindən alınmış, 1750 işçisi işsiz qalmış Zülfüqarlı qardaşları prezidentin çağırışlarına dərhal reaksiya verdilər. Rövşən Zülfüqarlı prezidentin çıxışını dinlədiklərini və əllərindən alınan zavodları özlərinə qaytarılacağı təqdirdə xeyli vətəndaşa iş, əmək haqqı verməyə də hazır olduqlarını açıqladı. Bildirdi ki, “Bakı Elektroştamp”, “Bakıpoladtökmə” və “Xəzər boru” zavodları əllərindən alınıb və bu gün həmin zavodlar fəaliyyətsizdir: “Zavodların işini iflic edib 1750 nəfəri işsiz qoydular. Rasim Məmmədovun qoçu dəstəsi 1750 Azərbaycan vətəndaşını işsiz qoydu. Əgər bizim haqqımız bərpa olunsa, əlbəttə ki, iş yerlərini yenidən yaradarıq və üstəlik, artırarıq da. Biz ölkə rəhbərinə, cənab prezidentə inanırıq. Ümid edirik ki, əlimizdən alınan zavodlar özümüzə qaytarılacaq”.
Göründüyü kimi, sahibkarlar ölkə rəhbərinin çağırışına dəstək verib. Bəs ötən müddət ərzində onlarla maraqlanan, müraciətlərinə cavab verən olubmu?  Rövşən Zülfüqarlı bildirdi ki,  hələlik müraciətlərinə cavab verən olmayıb: “Gözləyirik, ümid edirik ki, nəhayət bizim səsimiz prezidentə çatacaq, haqqımız bərpa olunacaq”.
Ölkə sahibkarlığının durumu, onların prezidentə müraciətlərinə baxılması, yaranmış iqtisadi böhrandan çıxış yolları ilə bağlı deputat Fərəc Quliyev də məsələyə münasibət bildirdi.
Deputat deyir ki, bütün sahibkarlara, istər Zülfüqarov qardaşları olsun, istər digərlərinə ölkədə normal fəaliyyət göstərmələri üçün  münbit şərait yaradılmalıdır: “Bütövlükdə onun tərəfindəyəm ki, böyük bir iqtisadi amnistiya olmalıdır, əmlaklar leqallaşdırılmalıdır. İş adamlarına işləmək, iş yerləri açmaq  imkanı verilməlidir. Ümumiyyətlə, hakimiyyətdə də başqa cür düşünmürlər. Düşünürəm ki, müraciət edən sahibkarların müraciətinə də yox deyilməz. Bu dəqiqə ölkənin elə vəziyyətidir ki, tam səfərbər olmaq, iş bilən adamların dəstəyi, ölkə iqtisadiyyatının inkişafı üçün öz vəsaitlərini, imkanlarını ortaya qoyub işləmələri mütərəqqi haldır və buna şərait yaradılmalıdır”.
F.Quliyev deyib ki, ölkədə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılması ölkənin inkişafı deməkdir: “Sahibkarlara vergidə güzəşt olunmalı, gömrükdə müəyyən tariflərə yenidən baxılmalıdır. Elə etmək lazımdır ki, ölkəyə investisiya qoyuluşu üçün tam münbit şərait yaransın. Bundan başqa, kreditlər də əlçatan olmalıdır”.
Qeyd edək ki, Zülfqarlı qardaşlarına məxsus zavodlar qanunsuz olaraq əllərindən alınıb. Bununla bağlı illərlə məhkəmə çəkişmələri olub. Nəticədə rentabelli məhsullar istehsal edən zavodlar fəaliyyətsiz qalıb.(musavat.com)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın