Şənbə , May 18 2024
Ana səhifə / 2015 / İyun (səhifə 80)

Monthly Archives: İyun 2015

“Hakimiyyətin dəyişməsi çox ciddi təhlükəyə səbəb ola bilər” – Sərdar CƏLALOĞLU

ADP sədri Sərdar Cəlaloğlu son günlər baş verən siyasi hadisələr barəsində Hafta.az-a müsahibəsində danışıb. Azinforum.az həmin müsahibəni təqdim edir: – Milli Şuranın 30 may mitinqini necə qiymətləndirirsiniz? – Onlar qərar verdilər ki, mitinq keçirəcəklər və bunu da etdilər. Bir fikir var ki, deyirlər mitinq baş tutdu, yoxsa tutmadı. Hesab edirəm …

Ətraflı oxu »

ƏHƏD ABIYEV JURNALİSTLƏRƏ “ATIB” – “Alın bu 200 manatı, gedin, yeyib-için…”

Əhəd Abıyev Azərbaycanda pis-yaxşı, kifayət qədər tanınan məmurlardandır. O, hazırda Bakıdan xeyli uzaqda yerləşən Daşkəsənin icra başçısıdır.Amma nədənsə hələ də icra başçısı kimi gördüyü işlərdən çox, deputat olduğu illərdə Milli Məclisdə yaratdığı qalmaqallarla xatırlanır. Əhəd Abıyev o məmurlardandır ki, verdiyi fərqli açıqlamaları, fikirləri, duzlu-məzəli müsahibələri ilə hər zaman mətbuatın diqqətindədir. …

Ətraflı oxu »

Müxalif liderlər I Avropa Oyunları barədə nə düşünür? – Açıqlamalar

Birinci Avropa Oyunlarının açılışına 11 gün qalıb. Artıq bu böyük tədbirlə əlaqədar xarici ölkələrdən turistlərin Azərbaycana axını başlayıb. Bütün dünya mediasının diqqətini Azərbaycana yönəldəcək Avropa Oyunlarının dövlətimiz üçün əhəmiyyəti nədən ibarətdir? AzNews.az bu dəfə müxalif yönümlü bəzi siyasilərin fikirlərini öyrənib: Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun sözlərinə görə, 1-ci Avropa …

Ətraflı oxu »

Sumqayıt və Abşerondan Bakıya gələnlərə bəd xəbər

Bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə icazə verilməyəcəyi barədə məlumat vermişdik. Bu qadağa rayon qeydiyyatında olan maşınlarla yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da şamil olunacaq Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis …

Ətraflı oxu »

Ərdoğan istefa verə bilər – Qızıl qalmaqalı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada inşa edilən yeni prezident sarayının (Aksaray) bəzək işlərində qızıldan istifadə edilməsi barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) iddialarının sübut ediləcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib. AzVision.az-ın məlumatına görə, bu barədə Ərdoğan “TRT Haber”ə müsahibəsində bildirib. Ərdoğan vurğulayıb ki, əgər CHP lideri Kemal Kılıçdaroğlu bu …

Ətraflı oxu »

Ulduz Şokolad Fabriki Bakıdakı 2 saylı Uşaq Evini ziyarət edib

Azinforum.az-ın verdiyi məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ulduz Şokolad Fabriki Bakıdakı 2 saylı Uşaq Evində bayram şənliyi təşkil edib. Fabrik rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Ulduz şokolad fabriki hər il olduğu kimi, bu il də valideyn himayəsindən və …

Ətraflı oxu »

Zakir Fərəcovun xanım müavini Abşeronda “at oynadır” – ŞİKAYƏT

“Bu təzyiqlər artıq elə bir həddə çatıb ki, hamıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədovanın Abşeronda külli-ixtiyar sahibi olması təəssüratı yaradır. Çünki nə qanun sayır, nə də ki, vətəndaşların hüququnu tanıyır. Məni şantaj edirlər ki, istəsək, obyektindən top-tapança da çıxara bilərik”. Bunu virtualaz.org saytına müraciət edən Abşeron …

Ətraflı oxu »

TANAP “Türk axını”nı sıxışdırır

Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım ötən həftə açıqlama verərək bildirib ki,”Türk axını” boru kəmərinin istismara verilməsi 2017-ci ildən sonraya gözlənilir. Səfir bunu belə izah edib ki, Moskva və Ankara arasında tikinti üzrə müqavilə hələ imzalanmayıb. Ümid Yardım deyib ki, Türkiyə və Rusiya hələ “layihənin başlanma mərhələsinə çatmayıblar” və iki ölkə …

Ətraflı oxu »

Qarabağ məsələsi Ukraynadakı böhranın girovuna çevrilir

2015 nizamlama prosesi tarixinə ən passiv il kimi düşə bilər; danışıqlardakı durğunluq təkcə Rusiya-Qərb “soyuq savaşı” iləmi bağlıdır?.. 2015-ci ilin tam 5 ayı arxada qaldı. Lakin hələ ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bu il simvolik və ənənəvi hərəkətliliklə də yadda qalmayıb. Ötən ilin 27 oktyabrından bu yana nəinki Azərbaycan və …

Ətraflı oxu »

İcra başçısının avtoş bacısı oğlu Qarabağ veteranını ölümünə döydürüb

İcra başçısının avtoş bacısı oğlu Qarabağ veteranını ölümünə döydürüb Göyçayın rəhbəri Mübariz Ağayevin yaxın qohumu idmançı dostları ilə birləşib rayon sakini Vüqar Musəvini xəstəxanalıq edib; zərərçəkənin ölüm ayağında olduğu deyilir… Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin bacısı oğlu keçmiş polis işcisi və Qarabağ döyüşcüsü Vüqar Musəviyə məxsus evə basqın …

Ətraflı oxu »