Ana səhifə / Siyasət / Sumqayıt və Abşerondan Bakıya gələnlərə bəd xəbər

Sumqayıt və Abşerondan Bakıya gələnlərə bəd xəbər

Bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə icazə verilməyəcəyi barədə məlumat vermişdik.

Bu qadağa rayon qeydiyyatında olan maşınlarla yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da şamil olunacaq

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: “Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın