Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Faiq Ağayev Nazın hərəkətinə əsəbiləşdi – “Kimdir onun valideynləri?”

Faiq Ağayev Nazın hərəkətinə əsəbiləşdi – “Kimdir onun valideynləri?”

Xalq artisti Faiq Ağayev Naz Milanın 20 yanvar günü göstərəcək şouya münasibət bildirib.
Moderator.az xəbər verir ki, Faiq Ağayev bu hərəkətinə görə Türkiyədə yaşayan azərbaycanlı Naz Milanı təhqir edib. Onu manqurt adlandıran xalq artisti bu məsələdə Nazın valideynlərini, müəllimlərin əhatəsini aınayıb:
“Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib, nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki, belə…Formal qəbul etməyə başlayıblar 20 yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülm. Faciədir!”
Qeyd edək ki Naz Mila bu gün yarıçılpaq şəklinin yer aldığı şounun posterini paylaşaraq 20 yanvar faciəsi günü keçirəcək kef məclisinin anonsunu verib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …