Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda sürücü infarkt keçirib öldü, avtomobillər toqquşdu

Bakıda sürücü infarkt keçirib öldü, avtomobillər toqquşdu

Bakıda sürücünün sükan arxasında infarkt keçirməsi qəzaya səbəb olub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
1970-ci il təvəllüdlü Behbudov Behbud Meyxoş oğlu Nizami rayonu, O. Vəliyev küçəsi 12 ünvanının qarşısında 90 CL 560 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili idarə edərkən qəfil ürək tutmasından idarəetməni itirib və 99-DT-422 dövlət nömrə nişanlı “Opel” markalı avtomaşınla toqquşub.
Sürücü B.Behbudov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
B.Behbudov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …