Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Astarada 20 sürücü cərimələnib (VİDEO)

Astarada 20 sürücü cərimələnib (VİDEO)

Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları gecə saatlarında rayon ərazisində bir neçə istiqamətdə reyd keçirib. Məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin edilməsi, kobud qayda pozuntularına yol verən sürücüləri aşkarlamaq olub.
Reyd zamanı sərxoş sürücülər aşkarlanıb. Polisin “saxla” əmrinə tabe olmayan bəzi sürücülər isə təhlükə yaradaraq ərazidən uzaqlaşıblar.
Ərazidən uzaqlaşmağa çalışan bəzi sürücülər isə polis tərəfindən yaxalanıb. Bir neçə saat davam edən reyddə 60-a yaxın nəqliyyat vasitəsi saxlanılıb, 20 sürücü barəsində protokol tərtib edilib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …