Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Ərəblər İrana qarşı silaha əl ata bilər” – Şərh

“Ərəblər İrana qarşı silaha əl ata bilər” – Şərh

Amerika İrana qarşı ikinci mərhələ ağır sanksiyaları tətbiq etməyə başladı. Bununla da Vaşinqton verdiyi sözün üzərində durdu. ABŞ İrana təzyiq siyasəti aparır ki, Tehran öz mövqeyindən çəkilsin. Amma İran öz mövqeyindən geri çəkilməyəcəyini elan edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov sanksiyalardan sonra İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı haqqında suala cavab olaraq deyib.

Rüstəm Məmmədovun sözlərinə görə, hələlik proseslərin hansı istiqamətdə gedəcəyini demək mümkün deyil:

“Sözsüz ki, İran da öz növbəsində sanksiyalara əl atacaq. Bu, heç də yaxşı gedişat deyil. Bu kimi hallar hərbi toqquşmaya gətirib çıxara bilər. İrandan hər addımı gözləmək olar. Hörmüz dünya üçün strateji boğazdır. Hörmüzün bağlanması faktiki ərəb dünyasını özünə qarşı qaldırmaq deməkdir. Bu baş versə, ərəb dünyası silaha əl ata bilər. ABŞ özü müharibə etməyəcək, ərəblərin vasitəsilə İranı nəzarətdə saxlamağa çalışacaq”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …