Qar nə qədər gözəl olsa da, yağmasıyla problemlər yenidən baş qaldırır. Qarın yenidən yağması magistral yollarda çətinliklərə səbəb olub.
ARB Şəki xəbər verir ki, Gecə saatlarında İsmayıllı -Muğanlı yolu bağlanıb. Havanın dumanlı olması vəziyyəti bir az da gərginləşdirib.
Gecə saatlarında İsmayıllı rayonuna 20 sm, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 sm. hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb. Ağırtonnajlı yük maşınları, sərnişindaşıyan mikroavtobuslar və mövsümə hazır olmayan avtomobillərin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq Rayon 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yollar qardan təmizlənir və nəqliyyatın hərəkəti bərpa olunub. Bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.