Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Jurnalistdən jurnalistikaya gizli mesaj göndərənə sərt cavab: “İnsan öz mənliyini, şərəfini hər şeydən üstün tutmağı bacarmalıdır”

Jurnalistdən jurnalistikaya gizli mesaj göndərənə sərt cavab: “İnsan öz mənliyini, şərəfini hər şeydən üstün tutmağı bacarmalıdır”

“Gündəm Xəbər”in facebook səhifəsində ”Gündəm Xəbər Qəzeti Redaksiyası”MMC-nin rəhbəri Şirin Cəfərinin peşəkar jurnalistlərin mövqeyindən bəzi şantajçılara portret cavabını, oxucu auditoriyasında maraqla qarşılanacağını nəzərə alıb oxucularımıza təqdim edirik:

“Azərbaycan jurnalistika sahəsində bəzi ünsürlər peyda olub. Belə ki, ciddi qəzetçiliklə məşğul olan redaksiyalara çaqqalsayağı böhtanlar atmaqla özünü bic kimi dünyaya gəlmiş, biləndər kimi göstərməyə çalışır. Oxu atıb yayı gizlətmək jurnalistika sahəsinə xas olan məsələ deyil. Bizim düşüncələrimiz bunu deməyə əsas verir. Bəziləri aftoşluq eşqinə düşdüyü kimi, ”Azərbaycan” Nəşriyyatının binasına baxıb xəyallara düşən ”durnalist” öz təsəllisini 20 manatlıq “domeyn” üzərində qurduğu 50 manatlıq saytının rekvizit yerində həkk etməklə arzularını həyata keçirmiş kimi hiss edir. Hətta verilən məlumatı düzgün analiz etməyi bacarmayan və oxucu auditoriyasına təqdim edə bilməyən bu adamlar peşəkar jurnalistlərin fəaliyyət göstərdiyi binaya 400 km məsafəni birdən-birə hoppanaraq, onların haqqında guya araşdırma aparmaq xəyallarına da düşür. Biz də, öz növbəmizdə bildirək ki, peşəkar jurnalist və əsl kişi mübarizə meydanında qarşı tərəfi qurşaqdan aşağı vurmur. Eyni zamanda, onu da bildirək ki, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, insan öz mənliyini, şərəfini və ailə namusunu hər şeydən üstün tutmağı bacarmalıdır. Əgər bacarmırsa… Hörmətli oxucularımızın nəzərinə çatdırırıq ki, yuxarıda bəzi xoşagəlməz ifadələr bizim dilimizdən heç vaxt səslənməyib. Sadəcə olaraq, peşəkar jurnalistlərə qarşı oxu atıb yayı gizlədənlərin tərbiyəsizcəsinə ittihamlarına cavab olaraq qeyd etmişik. Yəqin ki, dəyərli oxucularımız bizi başa düşəcək və öz fikirlərini rəy yerində bildirəcək!”

Şirin Cəfəri
GundemXeber.Az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …