Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / “MedEra Hospital”ın direktoru: “Yalandır, heç bir manat da cərimə olunmamışıq”

“MedEra Hospital”ın direktoru: “Yalandır, heç bir manat da cərimə olunmamışıq”

“MedEra Hospital MMC”-nin rəhbərliyi dünən bəzi KİV-lərdə tibb ocağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.  Həmin xəbərdə iddia olunurdu ki, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticəsində Hospital bir milyon məbləğində cərimələnib. “MedEra Hospital MMC”nin direktoru İbrəhim Əliyev Azinforum.az İnformasiya Portalına açıqlamasında səslənən iddiaların kökündən yalnış olduğunu bildirib:

“Çox təəssüf edirik ki, bəzi KİV-lər bizim barəmizdə həqiqətdən uzaq olan məlumatlar yayır. Biz hüquqi dövlətdə yaşayırıq və bütün fəaliyyətimiz qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir. Bu baxımdan da, səlahiyyətli qurumların klinikamızda yoxlama aparmasına təbii yanaşırıq. Hesab edirəm ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə işini quran heç bir qurum belə yoxlamalrdan çəkinməməlidir. İddia olunur ki, güya biz işçilərimizlə əmək müqaviləsi bağlamadığımız səbəbindən bir milyon məbləğində cərimə edilmişik.  Hazırda bizim Hospitalda 210 işçi fəaliyyət göstərir. Onların da hamısı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək müqavilələri bağlanıb. Biz kifayət qədər məsuliyyətli işlə məşğul oluruq. İnsanlar öz sağlamlıqlarını bizə etibar edirsə, onların taleyini əməkdaşımız olmayan şəxslərə necə tapşıra bilərik? Bundan əlavə,  görəsən, həmin cərimə məbləğini yazanlar heç düşünürlərmi ki,  orta səviyyəli bir Hospitalın  vergiyə görə bir milyon manat cərimələnməsi  hansı  məntiqə uyğundur? Axı bizim milyardlarla dövriyyəmiz yoxdur ki, cərimələrimizin də həcmi milyonlarla ölçülsün”.

Hospital direktorunun sözlərinə görə, hazırda Vergilər Nazirliyi tərəfindən “MedEra”da yoxlama aparılır: “Bu, hər il baş verən qanunauyğun bir prosesdi. Əgər yoxlama hələ yekunlaşmayıbsa, biz necə cərimə edilə bilərik? Bir manat da olsun cərimə olunmamışıq. Bir daha xatırladıram ki, yayılan məlumatların heç bir əsası yoxdur. Hospitalımız normal ahəngdə öz işini davam etdirir”.

Çinarə SEYİDOVA,

Azinforum.az

 

 

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …