Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib – 2 qadın saxlanılıb

Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib – 2 qadın saxlanılıb

Xaçmazda əxlaqsızlıq yuvası aşkar olunub.

Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.

Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon Polis şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …