Ana səhifə / Kriminal / Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan azərbaycanlı: “Mən qətl törətməmişəm”

Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan azərbaycanlı: “Mən qətl törətməmişəm”

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovu öldürməkdə günahlandırılan azərbaycanlı Anar Allahverənovun məhkəməsi başlayıb.

APA-nın RİA “Novosti” agentliyinə A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

“Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirilir”, – deyə vəkil qeyd edib.

Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.

Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …