Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciəti araşdırır

Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciəti araşdırır

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müraciət müzakirə olunub.

Hakim prosesin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib. Məhkəmə hesab edib ki, müraciət tam araşdırıldıqdan sonra məhkəmə qərarı elan olunacaq.

Xatırladaq ki, S.Şəkərli vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişdi. Təqsirləndirilən şəxs müraciətində ailə vəziyyətinin ağırlığını, səhhətində ciddi problemin olmasını əsas gətirib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …