Şənbə , Fevral 23 2019
Ana səhifə / Kriminal / Piyadanı vurub qaçan “Laçın”ın sahibinin oğluymuş…

Piyadanı vurub qaçan “Laçın”ın sahibinin oğluymuş…

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb. Bildirilir ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb.

Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.

Həmçinin oxuyun

Bakıda dəhşət – Ata öz məktəbliqızına tamah saldı və…

Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. “Ölkə.Az” xəbər …