Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Müğənninin atası ömürlük həbsdə qaldı

Müğənninin atası ömürlük həbsdə qaldı

“N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu hakim qarşısına çıxarılıb. O, cəzasının azaldılmasını istəyib.

Qurban Hüseynov arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Q.Hüseynov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək cəzasının azaldılmasını istəyib. Məhkəmə Q.Hüseynovun şikayətini təmin etməyib və ömürlük azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

Xatırladaq ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib.

Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.

Q.Hüseynov evdə olan baldızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olmuşdu.

Məlum olub ki, Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Qurban Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Q.Hüseynov arvadını və qohumunu öldürməsinə səbəb kimi aralarında yaranmış mübahisəni göstərib. O, mübahisə zamanı özünü itirdiyini və onları öldürdüyünü söyləyib. Mübahisəyə səbəb Q.Hüseynovun yatan həyat yoldaşını oyadaraq ondan yemək istəməsi olub. Q.Hüseynov xanımının onu və ailə üzvlərini təhqir etdiyini ifadəsində göstərib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …