Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Gəlin və 4 uşaq yanaraq tanınmaz hala düşüb” – İcra nümayəndəsi

“Gəlin və 4 uşaq yanaraq tanınmaz hala düşüb” – İcra nümayəndəsi

Daşkəsən rayonu Quşçu kəndində 4-ü uşaq olmaqla 5 nəfərin ölümünə səbəb olan yanğının nədən baş verdiyi bilinmir.
Bu barədə Azvision.az-a kəndin icra nümayəndəsi Kərim Kərimov məlumat verib. O, bildirib ki, meyitlər ekspertizaya aparılıb.

“Gecə saatlarından burdayıq. Gəlin və 4 uşaq yanaraq tanınmaz hala düşüb. Evin sahibi Pənah Tağıyev Şəmkirdə fəhlə işləyir. Oğlu həmin gecə malları itdiyi üçün onu axtarmağa gedib. Pənah Tağıyevin yoldaşı şəkər xəstəsi olduğu üçün xəstəxanada yatır. Yanğının səbəbini heç kim bilmir. Burada ümumyyətlə qaz yoxdur. Ola bilsin, yanğın ya işıqdan, ya da odun sobasından olub. Amma dəqiq səbəb ekspertizadan sonra bilinəcək”.

Qeyd edək ki, noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli ev yanıb. Hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri – 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …