Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Emin Ağalarov həyatına sui-qəsddən danışdı: “Lifti partlatdılar, bütün şüşələr sındı…” – VİDEO

Emin Ağalarov həyatına sui-qəsddən danışdı: “Lifti partlatdılar, bütün şüşələr sındı…” – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov yeniyetmə ikən Rusiyanı tərk etməli olub. Buna səbəb onun atası – “Crocus Group” kompaniyasının prezidenti və sahibi Araz Ağalarovun nailiyyətləri olub.

BAKU.WS xəbər verir ki, Emin bunları “RU TV” kanalında yayımlanan “Север. Непридуманные истории!” verilişinə verdiyi müsahibədə etiraf edib.

İfaçı bunları deyib:

“O vaxt 12 yaşım var idi. Həyatıma qəsd etmək istəyirdilər – lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma mən onun içindən çıxmağa və sağ qalmağa müvəffəq oldum. Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı Amerikaya göndərdi. Mən sonra Rusiyaya qayıtdım. Bacım bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”.

  • 06.02.201915:47396

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …