Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Spartak” azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb

“Spartak” azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb

Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevin keçidini rəsmiləşdirib.

“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon məvacib alacağı və bu keçid üçün “Spartak”ın “Rostov”a 1 milyon avro təzminat ödəyəcəyi yazılıb.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …