Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Rövşən Binnətli: “Yeganə çıxış yolumuz yerli futbolçuların yetişdirilməsindədir”

Rövşən Binnətli: “Yeganə çıxış yolumuz yerli futbolçuların yetişdirilməsindədir”

“Əvvəl düşünürdülər ki, xarici mütəxəssis yığmamıza rəhbərlik etsə yaxşı nəticələr göstərəcəyik. Ancaq bütün təcrübələr bu fikirlərin effektsiz olduğunu sübut etdi”.

Bunu Sputnik Azərbaycan-a Azərbaycanmilli komandası ətrafında baş verən son hadisələri şərh edərkən idman şərhçisi Rövşən Binnətli deyib.

Son zamanlar formalaşmış fikir bu idi ki, ancaq ölkə futbolunu yaxşı bilən bacarıqlı yerli mütəxəssisə bu işi həvalə etmək lazımdır: “Qurban Qurbanovun məşqçi kimi seçilməsində “Qarabağ”da əldə etdiyi nailiyyətlər mühim rol oynamışdı. Amma mənim şəxsi qənaətim budur ki, nə yerli, nə də xarici mütəxəssisə bu işi həvalə etmək çıxış yolu deyil. Bizim çıxış yolumuz ölkə futbolunu irəli aparaca biləcək yerli futbolçuların yetişdirilməsindədir. Nə qədər ki yerli futbolçu nəsli formalaşmayıb, burada hansısa mütəxəssisin yüksək nəticə əldə etməsi mümkün deyil” – deyə ekspert bildirib.

Qeyd edək ki, dekabrın 8-də AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefa qərarını açıqlayıb.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …