Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Qurban Qurbanov bu futbolçunu “Qarabağ”dan qovdu (FOTO)

Qurban Qurbanov bu futbolçunu “Qarabağ”dan qovdu (FOTO)

Premyer Liqanın lideri “Qarabağ”da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb. 
Sportlife.az xəbər verir ki, Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub. Elgün baş məşqçi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.
Müdafiəçi artıq 2 həftədir ki, “Qarabağ”da deyil. Mənbənin bildirdiyinə görə, hadisədən xəbər tutan Qurban Qurbanov qəzəblənərək Uluxanovu bağışlamayacağını deyib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …