Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Mahir Mədətov Qriqorçukdan üzr istəsin! – “Qəbələ”dən sərt bəyanat

Mahir Mədətov Qriqorçukdan üzr istəsin! – “Qəbələ”dən sərt bəyanat

Qol.az-ın məlumatına görə, bəyanatda “Qarabağ”ın futbolçusu Mahir Mədətovun “Qəbələ” və komandanın baş məşqçisi Roman Qriqorçukdan üzr istəməsi tələb edilir.

Bəyanatda deyilir:

31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişi yayımlanmışdır. Verilişin qonaqlarından biri milli komandamızın və “Qarabağ” Futbol Klubunun üzvü Mahir Mədətov olmuşdur.

M.Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandamızın baş məşqçisi və futbolçular arasında olan dialoqu seçmiş və özünəməxsus şəkildə təqdim etmişdir.

“Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.

Bütün bunları nəzərə alaraq, “Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …