Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / İbrahim Tatlısəsdən Təbrizin “Traxtur” komandasına dəstək – FOTO

İbrahim Tatlısəsdən Təbrizin “Traxtur” komandasına dəstək – FOTO

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarıdır.

Avropa.info xəbər verir ki, son günlərdə yayılan bir şəkildə İbrahim Tatlısəsın “Traxtur”un loqosunu nümayiş etdirdiyi görünür.

Türk internet istifadəçiləri bu görüntünü Güney Azərbaycan tarixində qalıcı bir görüntü olacağını qeyd edirlər. Ona görə ki, şəkildə türklər arasında ən çox tərəfdarı olan komandanın loqosu ən çox tərəfdarı olan türk müğənninin əlində görünür.

Bundan əvvəl bir çox türkiyəli incəsənət xadimi və ictimai fəal “Traxtur” tərəfdarı olduqlarını bildiriblər.

Müxtəlif türk ölkələrində yaşayan futbolsevərlər “Traxtur” komandasını türk dünyasında ən çox tərəfdarı olan komanda hesab edirlər. Bu komandanın yarışlarında isə həmin türk ellərinin adları vaxtaşırı şüarlar şəkilində çəkilir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …