Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular – VİDEO

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular – VİDEO

Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu “Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar Hüseyn və Laçın Əbdülhüseynovlar olublar.
Unikal.org xəbər verir ki, onlar göstərdikləri şou ilə tamaşaçıları təəccübləndiriblər.
“Biz layihəyə ona görə gəldik ki, əsl kişilərin heç nədən qorxmadığını göstərək”, – deyə qardaşlar efirdə bildiriblər.
Proqramın aparıcısı Leonid Yakuboviç söyləyib ki, bundan sonra Əbdülhüseynov qardaşlarını kim görsə, onların ağlına Azərbaycan gələcək:
“Alimlər, müğənnilər, rəssamlar, aktyorlar öz ölkələrini məşhur edir. Ancaq mən əminəm ki, bundan sonra kimsə Azərbaycanın adını çəkəcəksə, o zaman bu iki qardaş ağıllara gələcək, yaxud da bunun əksi baş verəcək”.
Qeyd edək ki, Əbdülhüseynov qardaşları bundan öncə başqa bacarıq yarışmalarında da iştirak edib.

 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …